PSJ-nin hücumçusu Neymar İspaniyaya qayıtmağa yaxındı. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, braziliyalı superulduz sabiq komandası "Barselona"nın əzəli rəqibi "Real"a keçmək üzrədi.

Kataloniya klubunun bütün təkliflərinə "yox" cavabını verən Fransa çempionu münasibətlərə görə, oyunçunu "kral klubu"na satmaq niyyətindədi. "Real" onu 1 il müddətinə icarəyə götürmək və gələn ilin yayında birbaşa transfer etmək fikrindədi. PSJ də bu varianta müsbət yanaşır.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest