10 Avqust 2019, 13:55
FUTBOL
Joze Mourinyonun yeni iş yeri müəyyənləşib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis bundan sonra şərhçi kimi çalışacaq.
O, 2019-20 mövsümündə "Sky Sports"un tərkibində işləyəcək. Mourinyo Premyer Liqa oyunlarını şərh edəcəyini açıqlayıb: "Premyer Liqa mənim üçün xüsusi turnirdi. Burda qazanmaq çox əziyyət tələb edir. Gözlərimizi bu turnirin oyunlarından ayırmaq mümkün deyil. "Sky Sports" Premyer Liqanın evidi. Bu komandaya qatılmaqdan məmnunam. Hər oyunda nələrin baş verdiyini başa düşməyinizə kömək edəcəm".
Qeyd edək ki, Joze Mourinyo ötən ilin dekabr ayında "Mançester Yunayted"dən qovulub.