Eden Azarın yeni klubu "Real"da forma nömrəsi müəyyənləşib. Matc.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi Madrid təmsilçisində 7 nömrəli formanı geyinəcək.

ötən mövsüm "Real"da bu nömrəli formanı geyinən Mariano Dias isə yeni mövsümdən 24 nömrə ilə çıxış edəcək. Diasdan əvvəl uzun illər bu nömrəli forma ötən il "Yuventus"a transfer olunan Kriştianu Ronaldoya məxsus idi.

Qeyd edək ki, bu yay "çelsi"dən transfer olunan Azar Madrid təmsilçisi ilə 5 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest