Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" Bundesliqa II-nin IV turu çərçivəsində bu gün meydana çıxacaq. Komanda "Ştutqart"ı qəbul edəcək. Nazarov "Ştutqart" önündə şanslarının az olmadığını söyləyib.

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" Bundesliqa II-nin IV turu çərçivəsində bu gün meydana çıxacaq. Matc.az saytı xəbər verir ki, komanda "Ştutqart"ı qəbul edəcək.

Oyunöncəsi yerli mətbuata açıqlama verən Nazarov ilk 3 turda aktivinə 7 xal yazdıran və liderliyi bölüşən "Ştutqart" önündə şanslarının az olmadığını söyləyib: "Doğma arenamızda oynayacağıq və bu, bizim üçün üstünlükdü. "Ştutqart" burda 11 nəfərə yox, 15 min "Aue"liyə qarşı mübarizə aparmalı olacaq. Məqsədimiz meydanı qalib tərk etməkdi".

Qeyd edək ki, "Aue" 3 turda 6 xal toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest