Təlim-məşq toplanışını Bakıda davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Matc.az xəbər verir ki, Amadeu Fernandes viza ilə bağlı problemlə üzləşdiyindən millinin toplanışına qatıla bilməyib.

Baş məşqçi EKOL klubunun üzvü Fərid Atakişiyevi hazırlığa dəvət edib.

Qeyd edək ki, avqustun 24-dək Bakıda toplanış keçirəcək yığma hazırlığını ayın 25-dən 29-dək Minskə davam etdirəcək. Toplanış çərçivəsində komandamız avqustun 26-da və 28-də Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest