FIFA-nın keçmiş prezidenti Jozef Blatter maraqlı fikirlərlə diqqət çəkib. Matc.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, Lionel Messi ilə Kriştianu Ronaldonun müqayisəsini aparıb.

Blatter bununla bağlı əvvəllər problem yaşadığını da etiraf edib: "2013-cü ildə Oksford konfransında tələbələrə dedim ki, hər ikisi əla futbolçudu, ancaq Messi hər ananın arzuladığı övlad, Ronaldo isə robotdu. Bu sözlərim Ronaldonun və "Real"ın prezidenti Florentino Peresin xətrinə dəymişdi. Peres mənə "sən bunu necə söyləyə bilərsən? Axı "Real"ın fəxri üzvüsən " dedi. Mən də cavabımda bunun zövq məsələsi olduğunu bildirdim. O, Messini ən yaxşı hesab etməyimi qəbul edə bilmirdi. Daha sonra "Qızıl top"u Ronaldo qazandı".

Qeyd edək ki, həm Messi, həm də Ronaldo 5 dəfə "Qızıl top"un qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest