Fransa Liqa1-nin III turunda "Tuluza"nı qəbul edən PSJ 4:0 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, Paris təmsilçisi bu qarşılaşmada yeni rekorda imza atıb.

Belə ki, Tomas Tuxelin yetirmələri ölkə çempionatında ardıcıl 41-ci oyunu da qol vuraraq tərk edib. Bu isə 55 illik rekordun yenilənməsinə səbəb olub.

Buna qədər rekord Paris "Rasinq"inə məxsus idi. Adıçəkilən komanda 1964-cü ildə ardıcıl 43 matçda rəqib qapılarına yol tapmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest