26 Avqust 2019, 13:33
FUTBOL
İspaniya La Liqasının II turunda "Betis"lə keçirilən oyun "Barselona"nın hücumçusu Ansu Fati üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc istedad əsas komandanın heyətində ilk rəsmi oyununa çıxıb.
Belə ki, Kataloniya klubunun 5:2 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 78-ci dəqiqəsində mübarizəyə qoşulan Fati 16 yaş 300 günlüyündə debüt edib. Bununla o, komandanın ən gənc ikinci rekordçusu olub.
Fati tarixə düşmək üçün cəmi 2 gün gec qalıb. çünki "Barsa" tarixinin rekordçusu Visente Martinesdi. Müdafiəçi 1941-42 mövsümündə 16 yaş 298 günlüyündə debüt edib.