"Real"ın qapıçısı Keylor Navas klubunu dəyişməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kosta-rikalı qolkiper Fransaya köçmək üzrədi.

çünki PSJ 33 yaşlı oyunçunu heyətinə qatmaq niyyətindədi. Paris təmsilçisinin qarşı tərəfə 15 milyon avroluq ilk təklifi rədd edilib. "Real" komandada qalmaq istəməyən Navas üçün 20 milyon avro istəyib. Tərəflərin yaxın günlərdə bu məbləğdə anlaşması gözlənilir.

Qeyd edək ki, Keylor Navas 2014-cü ildən "Real"da çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest