"Barselona" PSJ-nin hücumçusu Neymarın transferində israrını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, kataloniyalılar son görüş üçün nümayəndələrini Parisə göndərib.

İdman direktoru Erik Abidalın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün qarşı tərəflə masa arxasında əyləşəcək. Kataloniya təmsilçisi müəyyən məbləğdə pul və 1-2 futbolçusunu PSJ-yə təklif edəcək. Həmin oyunçular arasında intizamsızlığından əl çəkməyən Usman Dembelenin olması da istisna edilmir.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə məhz "Barselona"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest