28 Avqust 2019, 13:04
FUTBOL
"Fənərbaxça" qapıçısı Karlos Kameni ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə bəyan edib.
Kamerun millisinin qolkiperinin başa çatan müqaviləsi yenilənməyib və o, azad agent statusuna yiyələnib. 35 yaşlı qapıçının yeni mövsümdən "Real"da çıxış etməsi istisna olunmur. Belə ki, Madrid təmsilçisi Keylor Navası satarsa, Kameni ikinci qapıçı kimi komandaya cəlb olunacaq.
Qeyd edək ki, Karlos Kameni "Fənərbaxça"ya 2017-ci ildə "Malaqa"dan keçib.