"Sabah"ın sabiq futbolçusu Miloş Boşançiç "Vozdovaç"da çox qalmayıb. Matc.az saytının Serbiya mətbuatına istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yerli komandanı tərk edib.

Halbuki martda "Sabah"la yollarını ayıran orta sahə oyunçusu "Vozdovaç"la keçən ay müqavilə imzalamışdı. Lakin cəmi 1 ay sonra futbolçunun sözləşməsinə xitam verilib. Maraqlıdı ki, Boşançiç artıq özünə yeni komanda da tapıb. Belə ki, o, Serbiyanın digər klubu "Rad"la anlaşıb.

Qeyd edək ki, Miloş Boşançiç ötən ilin yayında "Keşlə"yə keçsə də, sentyabrda "Sabah"a üz tutmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest