29 Avqust 2019, 13:48
FUTBOL
"Zirə"nin kapitanı Cavid Hüseynov komandada qol hesabını açıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi ilk qolunu özünün 2-ci oyununda vurub.
O, Premyer Liqanın "Neftçi" ilə ev matçının 27-ci dəqiqəsində fərqlənərək "qartallar"a minimalhesablı qələbə qazandıran qolun müəllifi olub. Hüseynov "Zirə"nin Premyer Liqadakı oyunlarda rəqib qapısına yol tapan 35-ci futbolçusudur. Onadək 34 oyunçu bunu bacarmışdı. Bombardirlər siyahısına isə 14 qol vuran Nelson Bonilya başçılıq edir.
Bütün turnirləri nəzərə almaqla Cavidə qədər 57 futbolçu "Zirə" forması ilə fərqlənmişdi. Hüseynov bu siyahıda 58-ci olub.