"Ayaks"ın aparıcı futbolçusu Donni van de Bekin taleyinə aydınlıq gəlib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Real"ın maraq dairəsində olan gənc yarımmüdafiəçi Madrid klubuna keçməyəcək.

Bunu Amsterdam təmsilçisinin idman direktoru Mark Overmars deyib. O bildirib ki, 22 yaşlı orta sahə oyunçusu "Ayaks"da qalacaq. Overmars həmçinin "Barselona"ya keçən Frenki de Yonqla bağlı da fikir bildirib: "Van de Bek bu mövsüm dəqiq "Ayaks"da qalacaq. O ki qaldı de Yonqa, onun 10 il "Barselona"da oynayacağını düşünürəm. Uyğunlaşmaq üçün zamana ehtiyacı var".

Qeyd edək ki, bir müddət əvvəl "Real"ın van de Beklə anlaşdığı yayılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest