"İnter" transfer dönəminin son günlərində hücumçusu Mauro İkardiyə klub axtarmaqda davam edir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "neradzurra" argentinalı forvardla birdəfəlik vidalaşmaq niyyətində deyil.

Milan təmsilçisi 26 yaşlı forvardın 2021-ci ilin yayına qədər olan müqavilə müddətini daha 1 il uzatmağı və ardından onu icarəyə verməyi planlaşdırır. Oyunçunun meneceri olan həyat yoldaşı Vanda Nara ilə bu yöndə danışıqlara başlanıb. İdman direktoru Beppe Marotta bu şərtlə onu "Monako"ya göndərməyə hazır olduqlarını bildirib.

İkardi özü isə "Yuventus"a keçmək istəyir. Ancaq turinlilər onun üçün rəsmi təklif göndərməyib. Forvardın xidmətində maraqlı olan digər klublar "Napoli" və "Atletiko"du.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest