"Arsenal"ın müdafiəçisi Naço Monreal ölkəsi İspaniyaya qayıdıb. Matc.az xəbər verir ki, 33 yaşlı cinah oyunçusu "Real Sosyedad"la anlaşıb.

San-Sebastian təmsilçisi rəsmi saytı vasitəsilə bu keçidi təsdiqləyib. La Liqa klubu təcrübəli oyunçu ilə 2 illik müqavilə imzalayıb. Monreal 6 il formasını geyindiyi "Arsenal"dan "Real Sosyedad"a azad agent kimi keçib.

Qeyd edək ki, Naço Monreal "Arsenal"a keçməzdən əvvəl ölkəsində "Osasuna" və "Malaqa"da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest