02 Sentyabr 2019, 17:57
FUTBOL
"Barselona" yarımmüdafiəçisi Rafinyanı icarəyə verir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbolçu cari mövsümü "Selta"da keçirəcək.
Kataloniya təmsilçisi Braziliya millisinin üzvünün əvvəlcə müqavilə müddətini artırıb və daha sonra onun "Selta"ya icarə əsasında keçidinə razılıq verib. Tərəflər arasında anlaşmaya əsasən, Viqo təmsilçisi gələn il 26 yaşlı orta sahə oyunçusunu 10 milyon avroya birdəfəlik transfer edə biləcək.
Futbolçunun maaşı məsələsində də razılıq əldə edildikdən sonra gün ərzində transfer açıqlanacaq.