04 Sentyabr 2019, 18:05
FUTBOL
Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Qarabağ" istirahətdədi. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, ölkə çempionu sentyabrın 6-da istirahətdən qayıdacaq.
Komanda həmin gündən bir araya gələcək. Yığmalara çağırılanlar və zədəlilər məşqçilər korpusunun ixtiyarında olmayacaq. Ağdam təmsilçisi baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasının IV turunda "Neftçi" ilə keçiriləcək oyuna hazırlaşacaq.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" matçı sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.