"Bavariya"nın müdafiəçisi Jerom Boatenqin İtaliyaya köçmək şansı olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus" 31 yaşlı futbolçunun xidmətində maraqlı idi.

Hətta tərəflər arasında ilkin razılıq da olmuşdu. Kapitan Corcio Kyellinin uzun müddətə sıradan çıxmasından sonra "qoca sinyora" "transfer pənərəsi"nin son günündə Boatenqin keçidinə çalışıb. Ancaq turinlilərin baş məşqçisi Mauritsio Sarri son anda bu keçiddən imtina edib.

Təcrübəli mütəxəssis Daniele Ruqanini "Zenit"ə satmayaraq, onu Kyelliniyə layiqli əvəzləyici kimi komandada saxlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest