18 Dekabr 2024, 16:25
FUTBOL
Oyun “Boluspor”un 4:0 hesablı qələbəsi ilə nəticələnib.
Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunda növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, İsgəndərlinin komandası "1461 Trabzon" ilə üz-üzə gəlib.
Oyun “Boluspor”un 4:0 hesablı qələbəsi ilə nəticələnib. Start heyətdə yer almayan Vüsal meydana 71-ci dəqiqədə daxil olub. O, 6 dəqiqə sonra komandasının 4-cü qolu vurmasında yaxından iştirak edib. Belə ki, İsgəndərli yekun hesabı müəyyənləşdirən qolda məhsuldar ötürmə ilə yadda qalıb.
Bu qələbə sayəsində "Boluspor" Türkiyə Kubokunun qrup mərhələsinə vəsiqə əldə edib.