22 Dekabr 2024, 19:00
FUTBOL
Azərbaycanlı hakimlər ölkə xaricinə yollanacaq. AFFA Hakimlər Komitəsinin rəhbəri Frank De Blekere azərbaycanlı hakimləri Türkiyəyə aparacaq.
Azərbaycanlı hakimlər ölkə xaricinə yollanacaq.
Matc.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin rəhbəri Frank De Blekere azərbaycanlı hakimləri Türkiyəyə aparacaq.
Belə ki, yanvarın 6-dan 12-ə qədər 37 hakim Antalyada təlim-məşq toplanışında iştirak edəcək.
Onların Türkiyə toplanışı zamanı yoldaşlıq görüşləri idarə edəcəkləri də gözlənilir.