"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim klub rəhbərliyinə 2025-ci ildə satın alınması klub üçün vacib olan üç futbolçunun siyahısını təqdim edib.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı mütəxəssis bu siyahıya cari mövsümün sonuna kimi "Napoli"dən icarəyə götürülən "Qalatasaray"ın hücumçusu Viktor Osimhen, "Barselona"nın mərkəz müdafiəçisi Ronald Arauxo və "Sauthempton"un vingeri Tayler Diblinqi daxil edib.

Bu futbolçuların hər üçünün alınmasının "Mançester Yunayted"ə 200 milyon avroya başa gələ biləcəyi vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest