"Bayer"in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasında 50-ci qələbəsini qazanıb. İspaniyalı mütəxəssis buna "Frayburq"a qalib gəldikləri (5:1) XV turun oyununda nail olub.

"Bayer"in baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasında 50-ci qələbəsini qazanıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta" paylaşıb.

İspaniyalı mütəxəssis buna "Frayburq"a qalib gəldikləri (5:1) XV turun oyununda nail olub. O, bunu 75-ci qarşılaşmada bacarıb.

Qeyd edək ki, Almaniya çempionatında 50 qələbəyə yalnız bir baş məşqçi daha tez çatıb. 2013-2016-cı illər aralığında "Bavariya"nın "sükanı arxasında" olan Xosep Qvardiola 61 oyunda 50 qalibiyyət əldə etmişdi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest