22 Dekabr 2024, 16:32
FUTBOL
"Zirə"nin qapıçısı Aydın Bayramov Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Matc.az xəbər verir ki, 28 yaşlı qolkiperin yubileyi Misli Premyer Liqasının 15-ci turuna təsadüf edib.
O, "Səbail"lə səfər görüşündə (1:0) 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt" və "Turan Tovuz"da oynayan Aydın Bayramov 2023-cü ildən "Zirə"də çıxış edir.