İspaniyanın "Real" klubunun futbolçusu Dani Sebalyos karyerasını İtaliyada davam etdirə bilər.

Matc.az xəbər verir ki, "Yuventus" 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

İspaniyalı oyunçu ilə "Atletiko", "Real Sosyedad" və "Betis" də maraqlanır.

Qeyd edək ki, Dani Sebalyos cari mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib. Onun "Kral klubu" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest