Misli Premyer Liqasının XVIII turu Filip Ozobiç üçün əlamətdar olub. Matc.az xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda fərqlənən yarımmüdafiəçi “Neftçi”nin heyətində çempionatda 10-cu qolunu vurub. Bu, Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadı. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə rəqib qapısına yol tapıb.
Misli Premyer Liqasının XVIII turu Filip Ozobiç üçün əlamətdar olub. Matc.az xəbər verir ki, “Turan Tovuz”la səfər oyununda fərqlənən yarımmüdafiəçi “Neftçi”nin heyətində çempionatda 10-cu qolunu vurub.
Bu, Ozobiçin 10 və daha çox qol vurduğu 3-cü komandadı. O, “Qəbələ”də 16, “Qarabağ”da 35 dəfə rəqib qapısına yol tapıb.
Filip Azərbaycan çempionatları tarixinə üç klubda 10 və daha çox qol vuran ilk legioner əsilli futbolçu kimi düşüb. Azərbaycan millisinin xorvatiyalı yarımmüdafiəçisi bu qollardan bir hissəsini legioner statusu daşıdığı dövrdə vurub.
Ümumilikdə isə Filip üç və ya daha çox komanda ilə 10 və ya daha çox qola imza atan 16-cı futbolçudur. Mütləq rekord isə Kənan Kərimova məxsusdur. O, beş fərqli klubda buna nail olub. Kərimov “Qarabağ”da 16, “Kəpəz”də 14, “Şəmkir”də 19, “Turan”da 15, “Qəbələ”də 11 dəfə fərqlənib. Nazim Əliyev, Samir Əliyev, Vidadi Rzayev və Xaqani Məmmədov dörd klubda, 11 oyunçu isə üç komandada belə məhsuldarlıq göstərib.