22 Dekabr 2024, 16:02
FUTBOL
Tayo Subuloye 17 yaşını tamamladıqdan qısa müddət sonra "Çelsi" ilə ilk peşəkar müqaviləsini imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun rəmsi saytı məlumat yayıb.
İstedadlı mərkəz müdafiəçisi topla oynamaq bacarığı və liderlik keyfiyyətləri ilə seçilir.
Qeyd edək ki, 12 yaşından "Çelsi"nin akademiyasında olan ingilis futbolçu bu mövsüm göstərdiyi performansı ilə diqqətləri cəlb edib. Onun yaxın gələcəkdə "Çelsi"nin əsas üzvlərindən biri olacağı bildirilir.
Tayonun 17 yaşı dekabrın 18-də tamam olub.