Türkiyənin "Trabzonspor" klubunda ayrılıq gerçəkləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Superliqa təmsilçisi Mislav Orşiçlə yollarını ayırıb. Xorvatiya millisinin üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Trabzonspor" Mislav Orşiçi ötən ilin yayında "Sauthempton"dan transfer etmişdi. 31 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest