"Düşünürəm ki, yaxşı oyun göstərdik. Stadiona gələn azarkeşlər maraqlı oyun izlədilər. İlk dəqiqələrdə buraxdığımız qol, oyunun taleyini həll etdi".
Matç.az saytının məlumatına görə, bunu "Keşlə"nin futbolçusu Vaqif Cavadov evdə "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduqları Topaz Premyer Liqasının X tur matçından sonra keçirdiyi brifinqdə deyib. 29 yaşlı futbolçu daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Oyununuzda nə çatmadı?
- çatmayan tək şey qol idi. Hücumlar etdik, epizodlar yaratdıq, amma dirək və qapıçı amili qol vurmağımıza mane oldu. Məğlub olsaq da, fikrimcə, yaxşı oyun göstərdik. Belə davam etsək, gələcəkdə yaxşı nəticələr əldə edə bilərik.
- Yeni baş məşqçinin gəlişi ilə komandada hansı dəyişikliklər var?
- özünüz də görürsünüz ki, oyunda taktiki dəyişikliklər var. Topla daha çox oynayırıq. Belə oyun göstərməyimiz bizə gələcəkdə kömək olacaq.
- çempionatda "Neftçi" və "Qarabağ"dan hansını favorit görürsünüz?
- Mən heç bir komandanı müqayisə etmək istəmirəm. Favorit "Keşlə"di. Burada gülməli bir şey yoxdur. Hələ heç nə bilinmir.
- Aradakı fərqi qaldırmaq mümkün olacaq?
- Futbolda hər şey mümkündür. Əvvəlki illərdə "İnter" də göstərib ki, xal fərqi elə də ciddi amil deyil onu aradan qaldırmaq olur.