"Qarabağ"ın matça yaxşı başlaması bizi arxadan oynamağa məcbur etdi". Matç.az saytının məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov deyib.

Topaz Premyer Liqasının X turunda "Qarabağ"ın qonağı olan "gənclik şəhəri" təmsilçisi 0:2 hesablı məğlubiyyətə düçar olub.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Süleymanov fikrini bu sözlərlə davam etdirib: "20-25 dəqiqə geridən oynadıq. Qol epizodlarımız da oldu. Əfran yaxşı istifadə edə bilsəydi, vəziyyət dəyişə də bilərdi. Oyunçularda fərdi ustalıq baxımından fərq var. Rəqibin yaxşı fərdi keyfiyyətlərə malik futbolçuları var".

- Artıq 4-cü oyundu qələbə üzünə həsrətsiz. ötən həftə ilə müqayisədə nə çatmadı?
- Digər oyunlara necə, bu matça da o cür hazırlaşmışdıq. Yəqin ki, rəqibin daha yaxşı oynaması öz sözünü dedi. Uğursuz seriyaya gəlincə, bu, futboldu. İrəli baxmaq, çalışmaq lazımdı. Kim uduzmaq istəyər? Hamı qələbə arzulayır. Futbolun gözəlliyi bundadı.

- Ardıcıl xallar itirilməsi rəhbərliyin xoşuna gəlməyə bilər. Verilən istənilən qərara hazırsız?
- Bilmirəm, siz hansı qərarı istəyirsiz. Mən bura çalışmağa gəlmişəm. Komanda yaxşı oynayanda da yazırdız ki, baxımlı çıxış edirlər. Nə oldu, külək hardan əsdi? Məğlubiyyət varsa, əlbəttə, rəhbərlik sual verməli və baş məşqçi cavablandırmalıdı.

- Ancaq avrokubok zonasından get-gedə geri qalırsız?
- Hər bir komandanın hədəfi var. Avrokuboku kim istəməz? Biz bu yol üçün çalışırıq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest