09 Sentyabr 2019, 12:38
FUTBOL
"Palermo" İtaliyada yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, bu, D seriyasının "San-Tommazo" ilə oyununda qeydə alınıb.
Belə ki, "Renzo Barbera" stadionundakı qarşılaşmanı 17 min azarkeş izləyib. Bu isə İtaliya D seriyasında indiyə qədər görünməmiş göstəricidi. Görüş "Palermo"nun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Palermo" ötən mövsüm maliyyə pozuntularına görə, D seriyasına yuvarlanıb.