"Liverpul" daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Ceyms Milnerdən sonra müdafiəçi Joel Matip də yeni sözləşməyə qol çəkib.

Belə ki, Kamerun millisinin üzvünün müqaviləsində müddətin 1 illik uzadılması bəndi var idi. "Qırmızılar" bundan yararlanaraq, onun sözləşməsini daha 1 il uzadıb. Buna əsasən, 28 yaşlı oyunçu artıq 2021-ci ilin yayına qədər "qırmızılar"a məxsusdu.

Qeyd edək ki, Joel Matip 2016-cı ildən "Liverpul"un formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest