"Bilirdik ki, ağır oyun olacaq. Baş məşqçinin həftəboyu verdiyi tapşırıqları düzgün yerinə yetirməyə çalışdıq". Matç.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev Topaz Premyer Liqasının X turunun "Keşlə" ilə oyunundan (1:0) sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Yarımmüdafiəçi komandaya fayda vermək üçün əlindən gələni etdiyini bildirib: "çox şadam ki, istədiyimiz nəticəni əldə edə bildik. Bir neçə oyundur start heyətində yer almırdım. Buna baxmayaraq, komandaya fayda vermək üçün əlimdən gələni etdim. Hər oyuna 100 faiz hazır olmağa çalışıram. Qələbə münasibətilə bütün "Neftçi"sevərləri təbrik edirəm. Artıq sabahdan növbəti oyunu düşünməliyik".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest