12 Sentyabr 2019, 19:03
DÖYÜŞ NÖVLƏRİ
Finlandiyanın Vantaa şəhərində gənc cüdoçular arasında keçirilən Avropa birinciliyinin ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Matc.az xəbər verir ki, cüdoçularımız qitə birinciliyində 1 gümüş və 2 bürünc medal qazanıblar.
60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyev yalnız finalda uduzaraq qitə birinciliyinin gümüş medalına layiq görülüb. Bu çəkidə ölkəmizi təmsil edən Əhməd Yusifov bürünc medala sahib olub.
66 kq çəki dərəcəsində 3-cü yer uğrunda görüşdə iki cüdoçumuz qarşılaşıb. İbrahim Əliyev bürünc medal qazanıb, Davud Abbaslı isə 5-ci yeri tutub.
Daha bir cüdoçumuz Gültac Məmmədəliyeva da Finlandiyada 5-ci yerə layiq görülüb. 44 ölkədən 343 cüdoçunun mübarizə apardığı Avropa birinciliyinə sentyabrın 15-də yekun vurulacaq.