15 Sentyabr 2019, 21:09
MPL
"Keşlə"nin fasilədən sonra təzyiqi artıracağı gözlənilən idi. İkinci hissəni rəqibin aktivinə yazmaq olar. Ani diqqətsizlik qapımıza vurulan qolla nəticələndi. Bundan sonra müdafiəyə daha çox diqqət yetirməli olduq. Uşaqları layiqli qələbə münasibətilə təbrik edirəm".
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "Keşlə"yə qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Keşlə"nin son zamanlar yaxşı forma yığdığını bilirdik. Rəqibi maraqlı oyuna görə təbrik edirəm. Nə gözləyirdiksə, onu da gördük. Tərlan Əhmədov belə qısa zaman kəsiyində bu cür komanda yaratdığına görə alqışlara layiqdi. İki fərqli hissənin şahidi olduq. Uşaqlar verilən tapşırıqları yerinə yetirmərə çalışdılar. "Keşlə"nin fasilədən sonra təzyiqi artıracağı gözlənilən idi. İkinci hissəni rəqibin aktivinə yazmaq olar. Ani diqqətsizlik qapımıza vurulan qolla nəticələndi. Bundan sonra müdafiəyə daha çox diqqət yetirməli olduq. Uşaqları layiqli qələbə münasibətilə təbrik edirəm".
Hacıyev bir neçə gün öncə Eltun Yaqublunun öz avtomobili ilə Bakı Olimpiya Stadionunun qaçış zolağına çıxmasına da münasibət bildirib: "Bu hadisənin çox şişirdilməsini istəməzdim. Tək Eltun yox, digərləri də orda maşın saxlayıb. çünki qapı ora yaxındı. Bu haqda çox danışmağa gərək yoxdu. Stadion rəhbərliyi ilə anlaşmışıq. Fikrimcə, artıq belə hallar yaşanmaz. Heç kimin xəbəri yox idi ki, orda maşın saxlamaq olmaz. Eltuna irad bildirildi, ancaq heç kimə qadağa qoya bilmərik ki, məşqə maşınsız gəl. Hadisə istəməyərəkdən baş verib. Sadəcə, ürəyindən video çəkmək keçib. Başqa bir niyyəti, kiməsə sataşmaq məqsədi olmayıb. Eltun kapitanımızdı. İstəməzdim ki, bununla bağlı iradlar olsun".