Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Komandamız sentybarın 18-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Bunun ardından isə yığmamız Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq turnirdə qüvvəsini sınayacaq.
Futzal üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Matc.az saytı xəbər verir ki, komandamız sentybarın 18-dən 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.
Bunun ardından isə yığmamız ayın 21-dən 26-dək Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq "Caspian Cup" beynəlxalq turnirində qüvvəsini sınayacaq. Bu turnir üçün 14 futzalçıya dəvət göndərilib.
Yığmanın heyəti: Rövşən Hüseynli, Rizvan Fərzəliyev, Ramiz çövdarov, İsa Atayev, Nihad İsmayılov, Xətai Bağırov (hamısı "Araz"), Emin Kürdov (EKOL), Vitali Borisov ("Marafon"), Teles Martins Tiaqo ("Nikel", Rusiya), Kardoso Everton ("Levante", İspaniya), Fernandes da Silva S Amadeu ("Sparta", Praqa, çexiya), Poletto Fabio Jose ("Feldi Eboli", İtaliya), Melo Borqes Eduardo ("ACCES Futsal", Fransa), Oliveira do Naşimento Villiams ("Al Arabi", Küveyt).
"Caspian Cup" turnirinin təqvimi:
22 sentyabr
13:00. Qazaxıstan – İran
16:00. Rusiya – Azərbaycan
23 sentyabr
16:00. İran – Azərbaycan
19:00. Qazaxıstan – Rusiya
25 sentyabr
15:00. Azərbaycan – Qazaxıstan
18:00. Rusiya - İran
Qeyd: oyunların başlanma saatı Bakı vaxt ilə göstərilib.