Azərbaycan millisinin qapıçısı Emil Balayev klubu "Tobol"un "Okjetpes"lə keçirdiyi görüşün ən yaxşıları arasında olub. XXVI turdakı 1:0 hesablı qələbənin ardından Balayev seçilən 3 oyunçudan biri olub.

Azərbaycan millisinin qapıçısı Emil Balayev klubu "Tobol"un "Okjetpes"lə keçirdiyi görüşün ən yaxşıları arasında olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, XXVI turdakı 1:0 hesablı qələbənin ardından Balayev seçilən 3 oyunçudan biri olub.

Həmin qarşılaşmada bir superseyvlə yadda qalan və çərçivəyə gələn bütün topları tutan 25 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 263 xalla 3-cü yeri tutub.

Oyunda "Tobol"un ən yaxşısı yarımmüdafiəçi Jaba Kankava olub (313 xal). Müdafiəçi Vitautas Andryuşkyaviçyus isə 275 xalla 2-ci yeri tutub.

Qeyd edək ki, "Tobol" 26 turdan sonra Qazaxıstan Premyer Liqasına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest