"Futbolçuların paltardəyişmə otağındakı üzüntüsü mənə də sirayət etdi". Matç.az saytının məlumatına görə, bu sözlər "Zirə"nin baş məşqçisi Samir Abasova məxsusdu.
Topaz Premyer Liqasının X turunda "Səbail"lə qarşılaşan "Zirə" qolsuz bərabərliklə kifayətlənib.
Oyunsonrası mətbuat konfransında Abasov məyusluğunu gizlətməyib: "Təəssüf ki, son 3 oyunda 9 xal qazanmalı olduğumuz halda, 1 xalla kifayətlənirik. Ancaq bu cür durum məni sevindirir. İrəliləyiş var. Bilmirəm, bizə azarkeşlik edənlər nə dərəcədə zövq aldı. Amma meydanda yalnız "Zirə" var idi".
- Cəmi 1 dəyişiklik etdiniz...
- Meydançadakı oyunçuların sərgilədiyi futbol məni qane edirdi. Bircə Dilan bir qədər tempdən düşdü, onu da əvəzlədim.
- Oyun var, amma fərdi ustalıq axsayır. Qış fasiləsini çox arzulayırsınız?
- İndi desəm ki, kiminsə səviyyəsi məni qane etmir, bu, ümumi işimizə mane ola bilər. Ancaq qışda hücum xəttinin güclənməsinə ehtiyac var.