"çelsi" gənc futbolçusu Kallum Hadson-Odoini komandada saxlamağa müvəffəq olub. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 18 yaşlı oyunçu yeni müqaviləyə qol çəkib.

Bir neçə nəhəng klubun maraq dairəsində olan Kallum paytaxt təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. Oyunçunun maaşı da artırılıb. Belə ki, onun bundan sonrakı həftəlik məvacibi bonuslarla birlikdə 180 min funt-sterlinqə qədər ola bilər.

Qeyd edək ki, Kallum Hadson-Odoi zədəsini sağaltmaqla məşğul olduğundan, hələ ki, bu mövsüm ilk oyununu keçirməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest