20 Sentyabr 2019, 11:44
FUTBOL
Azərbaycan millisinin formasını geyinmiş Ufuk Budakın Türkiyədə işləri yolunda getmir. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, yay fasiləsində "Altınordu"ya keçən müdafiəçi yeni komandasında da özünü göstərə bilmir.
TFF I Liqada 4 tur geridə qalmasına baxmayaraq, "Altınordu" "Boluspor"dan aldığı 29 yaşlı sol cinah oyunçusuna 1 dəqiqə də olsun şans verməyib. Milliləşdirilən futbolçu yalnız geridə qalan turda "Əskişəhərspor"la ev matçında "20-liy"ə düşməklə öyünə bilər. Həmin oyunu da ehtiyatdan izləməklə kifayətlənib.
Qeyd edək ki, "Altınordu" ilk 4 turda cəmi 4 xal toplayıb və hazırda 12-ci pillədə qərarlaşır.