Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atdığı üçün "Qarabağ"a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.
UEFA növbəti dəfə "Qarabağ" klubunu cərimələyib. Matc.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin avqustun 13-ü çempionlar Liqasının (çL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu görüşdə baş verənlərdi.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atdığı üçün "Qarabağ"a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.
Qeyd edək ki, çL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu turnirin qrup mərhələsinin ilk matçında evdə İspaniya "Sevilya"sına məğlub olub - 0:3.
UEFA daha öncə "Qarabağ"ı İrlandiya Dandolk"unu məğlub etdiyi (3:0) çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib. report.az