21 Sentyabr 2019, 11:30
FUTBOL
"AB1GK" brendi ilə, bosniyalı qolkiperin öz imzası ilə hədiyyə etdiyi əlcəyi satışa çıxaran şəxs əldə olunacaq gəlirin tam olaraq xeyriyyə məqsədilə xərclənəcəyini qeyd edib.
Bosniya və Herseqovina yığmasının və "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin əlcəyi hərraca çıxarılıb. Matc.az xəbər verir ki, internetdəki ən böyük alış-veriş saytı olan "Ebay"-da satışa çıxarılan əlcəyə 35 dollar start qiyməti qoyulub.
"AB1GK" brendi ilə, bosniyalı qolkiperin öz imzası ilə hədiyyə etdiyi əlcəyi satışa çıxaran şəxs əldə olunacaq gəlirin tam olaraq xeyriyyə məqsədilə xərclənəcəyini qeyd edib.
Qeyd edək ki, Beqoviç müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsusdu. "Qarabağ" onu 4 aylıq icarəyə götürüb.