Topaz Premyer Liqasının X turunun "Keşlə" ilə oyununda 1:0 hesabı ilə qalib gələn "Neftçi" mövsümdə 20-ci qolunu vurub. Matç.az saytı xəbər verir ki, bu, həm də 1992-ci ildən keçirilən ölkə çempionatlarında tarixi qol olub.

Belə ki, cari mövsümədək 1280 dəfə fərqlənən "ağ-qaralar" "ASK Arena"dakı qolla 1300-ə çatıb. Paytaxt təmsilçisinin yubiley qoluna Mirabdulla Abbasov imza atıb.

Azərbaycan çempionatlarında ən çox qol vuran komanda olan "Neftçi" 1300-cü qolunu 759-cu matçında vurub. Bakılıların orta məhsuldarlığı 1,71-ə bərabərdi. Komanda bu qollardan 755-ni evdə, 525-ni səfərdə, 20-ni neytral meydanda rəqib qapısından keçirib.

qol

Tarix

oyun

Futbolçu

1

08.05.1992

Neftçi – Xəzər S – 1:0

Yunis Hüseynov, 87

100

13.10.1992

İnşaatçı S – Neftçi – 0:1

Samir Ələkbərov*

200

23.10.1994

Xəzər L – Neftçi – 0:3

Mais Əzimov*

300

18.09.1996

Fərid – Neftçi – 0:3

Yaşar Vahabzadə, 65

400

27.09.1997

Neftçi – Dinamo – 2:0

Qurban Qurbanov, 72

500

31.10.1999

Neftçi – Kəpəz – 3:1

Aleksey Stukas, 85

600

25.11.2001

Xəzər Universiteti – Neftçi – 0:2

Vadim Vasilyev, 75

700

13.12.2004

Neftçi – Kəpəz – 2:0

Stenli Udenkvor, 49

800

10.11.2006

Bakı – Neftçi – 0:1

Aqil Məmmədov, 4

900

22.08.2009

Neftçi – Turan – 2:0

Adrian Neaqa, 3

1000

04.12.2011

Neftçi – Simurq – 4:2

Araz Abdullayev,10

1100

12.09.2013

Neftçi – İnter – 3:1

Melvin Platye, 45+1

1200

13.03.2016

AZAL – Neftçi – 1:1

Nikolas Kanales, 60

1300

03.11.2018

Keşlə - Neftçi -  0:1

Mirabdulla Abbasov, 2

* - oyunun protokollarında qolların dəqiqəsi yazılmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest