özbəkistan yığmasının baş məşqçisi Ektor Kuper postundan qovulub. Matc.az xəbər verir ki, bu barədə özbəkistan Futbol Assosiasiyası məlumat yayıb.

Bildirilir ki, tanınmış mütəxəssisin müqaviləsinə xitam verilib. Qərarın səbəbi açıqlanmasa da, anlaşmanın ləğvinə argentinalı mütəxəssisin də razılıq verdiyi vurğulanıb.

Qeyd edək ki, Ektor Kuper ötən ilin avqustunda 3 illik müqavilə imzalamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest