23 Sentyabr 2019, 16:45
FUTBOL
Sentyabrın 25-də Heydər Əliyev Mərkəzinin ərazisində (Bakı şəhəri) AFFA tərəfindən Kütləvi Futbol Həftəsi (Grassroots Week) festivalı keçiriləcək.
Matc.az xəbər verir ki, festivalda 6-13 yaş arası uşaqlar iştirak edəcək.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdi.