FIFA tərəfindən aparılan sorğunun nəticəsinə görə, ilin ən yaxşı üç futbolçusu seçilən Lionel Messi, Vircil van Deyk və Kriştianu Ronaldo da səsvermədə iştirak edib. Matc.az saytının məlumatına görə, adıçəkilənlərdən yalnız portuqaliyalı əsas rəqiblərinə səs verməyib.

Portuqaliya millisinin kapitanı "Yuventus"dakı yeni komanda yoldaşı Matteys de Liqti ən yaxşı hesab edibsə, Frenki de Yonq və Kilian Mbappeyə digər yerləri verib.

Van Deyk üçün ən yaxşı futbolçu Messidi. Hollandiya millisinin kapitanı "Liverpul"dakı komanda yoldaşları Məhəmməd Salah və Sadio Maneni növbəti yerlərə layiq bilib.

İlin ən yaxşısı seçilən Lionel Messi isə Sadio Maneni ən yaxşı qismində görüb. Argentina yığmasının kapitanı Kriştianu Ronaldonu ikinci, yeni komanda yoldaşı Frenki de Yonqu isə üçüncü hesab edib.

Qeyd edək ki, səsvermədə Messi 46%, van Deyk 38%, Ronaldo isə 36% səs toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest