"Yuventus"un yarımmüdafiəçisi Paulo Dibala komandadan ayrılmaq qərarında qətidi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı ulduz futbolçu baş məşqçi Mauritsio Sarrinin planlarına daxil deyil.

Bu üzdən ayrılmaqda israrlı olan hücumameyilli oyunçu İngiltərəyə köçə bilər. çünki "Mançester Yunayted" və "Tottenhem" ondan əl çəkməyib. Yay fasiləsində bu transferi reallaşdıra bilməyən Premyer Liqa təmsilçiləri qışda növbəti dəfə cəhd edəcək.

Dibalanın özü də ayrılmaq istədiyindən, Turin klubunun onu ən yaxşı təklif göndərən kluba satması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest