25 Sentyabr 2019, 14:27
FUTBOL
"Boka Xuniors"un yarımmüdafiəçisi Daniele De Rossi İtaliya millisinə qayıda bilər. Matc.az saytı xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, "Skuadra Adzurra"nın baş məşqçisi Roberto Mançini 36 yaşlı orta sahə oyunçusunu qarşıdakı oyunlara çağırmağı planlaşdırır. Belə ki, Mançini oktyabrda AVRO-2020-nin seçmə mərhələsində Yunanıstan və Lixtenşteynlə qarşılaşmalarda De Rossinin xidmətindən yararlanmaq niyyətindədi.
Qeyd edək ki, "Boka Xuniors"da uğurlu başlanğıc edən Daniele De Rossi ilk oyununda qol hesabını da açıb.