Əvvəlcə noyabrın 10-da paytaxtda iki qarşılaşma baş tutacaq. "Sabah" "Səbail"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək.

Topaz Premyer Liqasında XI turun təqvimi müəyyənləşib. Matç.az saytı xəbər verir ki, oyunlar iki günü əhatə edəcək.

Əvvəlcə noyabrın 10-da paytaxtda iki qarşılaşma baş tutacaq. "Sabah" "Səbail"i, "Neftçi" isə "Zirə"ni qəbul edəcək. Mərkəzi oyun, yəni "Qəbələ" – "Qarabağ" görüşü ertəsi gün keçiriləcək. Qapanış matçında isə "Sumqayıt"la "Keşlə" münasibətlərinə aydınlıq gətirəcək.

 

Topaz Premyer Liqası

XI tur

10 noyabr

17:30. "Sabah" – "Səbail"

19:30. "Neftçi" – "Zirə"

 

11 noyabr

17:30. "Qəbələ" – "Qarabağ"

19:30. "Sumqayıt" – "Keşlə"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest