26 Sentyabr 2019, 11:55
FUTBOL
Neymarın zədədən sonra uğurlu çıxışı PSJ rəhbərliyinin yeni qərar qəbul etməsinə səbəb olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bir müddət əvvəl onu yanvarda satmağı planlaşdıran parislilər indi braziliyalını uzun müddət saxlamaq fikrinə düşüb.
Məhz bu səbəbdən Fransa çempionu 27 yaşlı forvarda yeni müqavilə təklif edəcək. Klubun idman direktoru Leonardo danışıqların bərpasına çalışır. Ancaq Neymarın bu məsələyə cavabı hələ məlum deyil.
Qeyd edək ki, PSJ ilə müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Neymar yay fasiləsində "Barselona"ya qayıtmaq istəsə də, klubu buna razılıq verməmişdi.